Haqqımızda

Hər növ çap xidməti, offset çapıqofro kartoncildləməlaminasiyabroşürləməfiqurlu kəsimqatlamaperforasiyanömrələməqabartmafiqurlu kəsimqutularyapışdırmadispersion laktvin laklamaseçmə laklama təklif edirik!

“POLİQRAFAZ” MMC şirkəti Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Ciddi hesabat blanklarının hazırlanması üçün icazə verilmişdir.

Peşəkarlar işləyir

Şirkətdə öz işinin əsl peşəkarı olan böyük mehriban kollektiv formalaşıb. Bu komandanın işi və məhsulların yüksək keyfiyyəti sayəsində Poliqrafaz şirkəti artıq uzun illərdir ki, nəşriyyat-poliqrafiya sahəsində müvəffəqiyyətli liderdir. Bizə məhz yüksək keyfiyyət və təkrarolunmaz servisə görə etibar edirlər.

Rahatlıq və əlverişlilik

Düzgün qurulmuş iş və peşəkar menecerlər bizimlə əməkdaşlığı rahat və praktik edirlər. Bir dəfə Poliqrafaz şirkətinin məhsul və xidmətlərini qiymətləndirən sifarişçi daha sonra bizim daimi müştərimizə çevrilir.

Böyük təcrübə

Mütəxəssislərin yüksək peşəkarlıq səviyyəsi və istehsalın avtomatlaşması müxtəlif mürəkkəbliyə malik dizayn, çap və sonrakı əməliyyatları əhatə edən sifarişlərini vaxtında yerinə yetirilməsinin təminatıdır.
0
+
Razı müştəri
0
Years In Business
0
Təhvil verilən layihə

Əməkdaşlığın asanlığı

Çap xidmətləri ilə yanaşı şirkətimizin kreativ şöbəsi müştərilərimizə unikal dizaynın hazırlanmasını da təklif edir. Bizim nəşriyyatımız hər zaman əməkdaşlıq üçün açıqdır və yeni texnologiyaları öyrənməyə və tətbiq etməyə hazırdır. Biz hər zaman daimi və potensial müştərilərimizlə uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlığın əldə olunmasından məmnunuq.