Poliqraf.az

Оfsеt çаpı

Оfsеt çаpının texnologiyası kifayət qədər mürəkkəbdir. Оfsеt çapı üçün üç silindirdən ibarət olan rotasion çap qurğusundan istifadə olunur: üzərində çap forması olan forma silindiri, çap silindiri və üzərində rezin parça örtük olan ofset silindiri üzərində xüsusi işığa həssas təbəqə olan metal lövhə şəkilli çap forması reproduksiya olunub aşkarlandıqdan sonra forma silindirinin səthində bərkidilir. Aşkarlanmış çap formasının səthində boşluq və çap elementləri olur. Çap elementləri çap olunacaq təsviri və mətn informasiyalarını əks edir. Çap boyalarının çap formasının səthinə dozalaşdırılmış qatla verilməsi üçün boya aparatı boya verici, diyirləndirici və yayıcı vallar qrupundan ibarət olur.  Duktor valı vasitəsi ilə diyirlənmə vallar qrupuna ötürülmüş  boya bərabər qatlarla diyirləndirir və formanın çap elementləri üzərinə boyanı bərabər nazik qatlarla  yayan yayıcı vallar qrupuna ötürülür. Çap zamanı çap materialı (kağız, karton və s.) ofset və çap silindirinin arasından keçir. Çap formasından daxilə keçmiş informasiya təzyiq vasitəsi ilə çap materialının səthinə keçir. Beləliklə çap  ottiski alınır.

Klassik ofset çapının müsbət cəhətlərinə aşağıdakıları aid etmək olar:

  1. Təsvirdə olan ən kiçik ştrixlərin dəqiq çapı;
  2. İstənilən rəng çalarlarının tam əksi;
  3. Sürətli çapın yüksək dəqiqliyi – saatda 5000 vərəq və ondan artıq;
  4. Xüsusi növ və metalizə olunmuş kağızlarda çap;
  5. Qənaətcillik. Ofset çapı böyük tirajlarda çox sərfəlidir.

Tirajla bir vahidinin qiyməti arasında olan tərs mütənasiblik:
Nəşrin tirajı artdıqca bir nüsxənin qiymətləri azalır.

  • Flayerlər
  • Elan vərəqələri
  • Bukletlər
  • Plakatlar
  • Broşürlər
  • Kataloqlar
  • Jurnallar
  • Kitablar
  • Blanklar
  • Qovluqlar
  • Bloknotlar
  • Zərflər
  • Özüköçürən kağızda blanklar
  • Kağız paketlər
  • Qapı asqıları
  • Təqvimlər
  • Etiketlər
  • Yapışdırıcı kağızlar
  • Qutular
  • Qeyd kağızları