Poliqraf.az

Poliqraf.az. - Сiddi hеsаbаt blаnklаrı

Mətbəəmiz bütün respublika ərazisində istifadə olunan сiddi hеsаbаt blаnklаrının çapı üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş lisenziyaya malikdir. Сiddi hеsаbаt blаnklаrının çap olunması  mətbəəmizdə mövcud olan ən vacib profillərdən biridir.

O da qeyd edilməlidir ki, ciddi hesabat blanklarının hazırlanması ilə bağlı sifarişi 24 saat ərzində yerinə yetirilir. Buda mətbəəmizdə daimi sifarişlərdən ibarət çox boyük sifarişçi bazasının yaranmasına səbəb olmuşdur. Ciddi hesabat blanklarının çapında mikroçap və xüsusi işarələri çap etmək üçün gizli boyadan  istifadə edilir.

Elə bir sahə təsəvvür etmək mümkün deyildir ki, orada ciddi hesabat  blanklarından  istifadə olunmasın. Məhz bu səbəbdən də ciddi hesabat blanklarına olan tələbat böyükdür. Bu tip blanklar müxtəlif növlərdə ola bilər. Qaimə, girov bileti, mədaxil qəbzi, kassa mədaxil orderi, vəkalətnamə, əhalidən vergilərin qəbulu üçün qəbz – biznesin bütün sahələrində istifadə olunan bu tip blankların mövcudluğu Sizi təəccübləndirməsin. Bu tip blankların hansı sahədə istifadə olunması əsas deyil. Əsas olan onların professional səviyyədə hazırlanmasıdır.

  • Qaimə-faktura
  • Vəkalətnamə
  • Kassa-mədaxil orderi
  • Mədaxil qəbzi
  • Malların təhvil-qəbul aktı
  • Yük avtonəqliyyatı üçün yol vərəqəsi
  • İcbari sığorta şəhadətnaməsi və s.